Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 4-cü turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.
“Neftçi” və “Sabah”ın ikinci komandalarının oyununda qonaqlar tək qolla 3 vacib xal qazanıblar.
“Zirə-2” isə “Şamaxı”nın əvəzedicilərini 3 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar olaraq, sentyabrın 14-də keçirilməli olan “Qarabağ-2” – “Turan Tovuz-2” görüşü sentyabrın 23-də baş tutacaq.
Əvəzedicilər Liqası
4-cü tur
14 sentyabr
“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 1:1
Qollar: Elcan Əbilov, 72 – Adıgözəl Əkbərov, 83.
Hakimlər: Murad Səlimov, Nurlan Əhmədzadə, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Qəbələ-2” – “Sumqayıt-2” 1:0
Qol: Əjdər Hacılı, 70-öz qapısına.
Hakimlər: Əli Əliyev, Elman Kərimov, Qəzənfər Məmmədov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
15 sentyabr
“Zirə-2” – “Şamaxı-2” 3:0
Qollar: Ramiz Muradov, 55-pen. Fərid Şahhüseyni, 58. İmran Süleymanzadə, 78.
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Aydın Bəxşiyev, Şamil İmanzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 16:00.
“Neftçi-2” – “Sabah-2” 0:1
Qol: İlkin Cəfərli, 90+3.
Hakimlər: Kamranbəy Rəhimov, Zakir Şükürzadə, Rəhman Aslanov, Ruslan Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.