AZ

Qurbanov: “Benfika” ilə oyuna daha yaxşı hazırlaşmaq istərdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsində “Benfika”ya qarşı keçirəcəkləri oyundan gözləntisini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya komandaları arasındakı oyun sabah Lissabonda baş tutacaq.

Oyundan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və futbolçusu Kadi Borgesin iştirakı ilə mətbuat konfransı təşkil edilib.

Qurbanov futbolçuların ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlarını deyib:

“Belə gözəl şəhərdə və stadionda olmaq bizim üçün çox xoşdur. Oyuna daha yaxşı hazırlaşmaq istərdik. Lakin bəzi səbəblərdən istədiyimiz kimi hazırlaşa bilmədik. İstənilən halda kifayət qədər təcrübəmiz var. İnanıram ki, futbolçularımız sabah çəkinmədən ən yaxşı oyunlarından birini keçirəcəklər. Çünki uzun fasilədən sonra Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcəyik. Bu turnirdə iştirak etmək hər bir oyunçumuzun arzusu idi”.

Kadi Borges isə isə görüşə hazırlaşmaq üçün çox vaxtlarının olmadığını söyləyib:

“Hazırlaşmağa çox vaxtımız olmadı. Ancaq istənilən halda sabahkı matça hazırıq. Çünki belə yarışda iştirak etmək hamımızın arzusu idi. Üç dəfə pley-offda mübarizəni dayandırmışdıq, bu dəfə istəyimizə çatdıq. Çox sevincliyik. Hər il avrokuboklarda güclü komandalarla qarşılaşırıq. Çətin oyunların ab-havasını bilirik. Ümid edirəm ki, ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”.

Xatırladaq ki, sabah Lissabon şəhərindəki “De Luş” stadionunda keçiriləcək “Benfika” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

error: Məzmun qorunur!
Seçilən
14
1
arena.az

10Mənbələr