AZ

A Seriyası: “Komo” “Cenoa” üzərində qələbəni əldən verdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Verona” – “Kremoneze” matçında qapılara qol vurulmayıb. “Komo” ilə “Cenoa” arasındakı oyunda da qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləliklə, geridə qalmış 3 turdan sonra itkisiz irəliləyən iki komanda var. “Napoli” və “Yuventus” 9 xalla çempionata şərikli liderlik edirlər. “Kremoneze” və “Udineze”nin 7, “Milan” və “Roma”nın 6, “Atalanta”nın 5 xalı var.

İtaliya, A Seriyası
3-cü tur

13 sentyabr

Kalyari – Parma 2:0
Qollar: Mina, 33. Feliçi, 77.

Yuventus – İnter 4:3
Qollar: Kelli, 14. K.Yıldız, 38. K.Turam, 83. Adziç, 90+1 – H.Çalhanoğlu, 30; 65. M.Turam, 76.

Fiorentina – Napoli 1:3
Qollar: Ranyeri, 79 – De Bröyne, 6. Höylund, 14. Beukema, 51.

14 sentyabr

Roma – Torino 0:1
Qol: C.Simeone, 59.

Atalanta – Leççe 4:1
Qollar: Skalvini, 37. De Ketelare, 51; 73. Zalevski, 70 – Ndri, 82.

Piza – Udineze 0:1
Qol: Bravo, 14.

Sassuolo – Latsio 1:0
Qol: Fadera, 70.

Milan – Bolonya 1:0
Qol: Modriç, 61.

15 sentyabr

Verona – Kremoneze 0:0

Komo – Cenoa 1:1
Qollar: N.Pas, 13 – Ekuban, 90+2.

error: Məzmun qorunur!
Seçilən
26
4
arena.az

10Mənbələr