RU

Qətər əmiri: İsrailin hücumu qorxaqcasına törədilmiş bir təcavüzdür

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrail HAMAS liderlərini öldürmək istəyirsə, onda danışıqların mənası nədir?

APA xəbər verir ki, bunu Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani Dohada keçirilən Ərəb-İslam sammitindəki çıxışı zamanı deyib.

“Əgər bütün girovların azad edilməsində israrlısınızsa, niyə danışıqlarda iştirak edənləri öldürürsünüz? Bir halda ki, İsrail bizim üstümüzə dron və təyyarələr göndərir, biz öz ölkəmizdə (Qətərdə) danışıqlar üçün İsraildən olan nümayəndə heyətinə necə ev sahibliyi edə bilərik?”,- Qətər əmiri ritorik sual verib.

“Suallara yer yoxdur. Bu sadəcə qorxaqcasına törədilmiş bir təcavüzdür və belə bir tərəf-müqabillə danışıqlar aparmağın yeri yoxdur”,- şeyx Təmim bin Həməd Al Tani vurğulayıb.

O, İsrailin Baş naziri Benyamin Netanyahunu ərəb regionunun İsrailin təsiri altına keçəcəyi ilə bağlı xəyallar qurmaqda günahlandırıb və bu xəyalların illuziya olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
2
apa.az

6Источники