İsrail HAMAS liderlərini öldürmək istəyirsə, onda danışıqların mənası nədir?
APA xəbər verir ki, bunu Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani Dohada keçirilən Ərəb-İslam sammitində deyib.
“Bir halda ki, İsrail bizim üstümüzə dron və təyyarələr göndərir, biz öz ölkəmizdə (Qətərdə) danışıqlar üçün İsraildən olan nümayəndə heyətinə necə ev sahibliyi edə bilərik?”, - Qətər Əmiri bildirib.
Qətər Əmiri ölkəsinə hücumu təcavüz aktı kimi qiymətləndirib və əlavə edib ki, İsraillə danışıqlar aparmağın yeri yoxdur.
O, İsrailin Baş naziri Benyamin Netanyahunu Ərəb regionunun İsrailin təsiri altına keçəcəyi ilə bağlı xəyallarının illüziya olduğunu da qeyd edib.