RU

SOCAR üzrə qazın faktiki istehsal maya dəyəri 5%-dən çox artıb

Ötən il SOCAR üzrə 1000 kubmetr qazın faktiki hasilat maya dəyəri 80,25 manat təşkil edib.

"APA-Economics"in SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, ötən il şirkət üzrə qazın istehsal maya dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 4,22 manat və ya 5,5% artıb.

Hesabata əsasən, şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi - 2,6%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərci 0,4%, əmək haqqı – 13%, sosial sığorta fonduna ayırmalar – 3%, əsas vəsaitlərin amortizasiyası – 17%, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri – 13,4%, nəqliyyat xərcləri – 13,1%, mühafizə xərcləri 2,3%, mədən vergisi – 16,2%, digər vergilər - 4%, digər xidmətlər üzrə xərclər - 12,2%, digər xərclər isə 2,4% təşkil edir.

Sənəddə bildirilir ki, qazın hasilatına, “Azərkontrakt” SC-dən alışına və idxala çəkilən xərclərlə yanaşı, qazın emalı, saxlanması, nəqli və paylanması xərcləri də nəzərə alınmaqla 2024-cü ildə SOCAR üzrə satılan 1 000 kubmetr qazın faktiki xərci 176,82 manat təşkil edib.

"Qazın maya dəyərinin artması əsasən keçən ilə nisbətən əmtəəlik qaz hasilatının azalması hesabına baş verib. Keçən ilə nisbətən əmtəəlik qaz hasilatı 700 738 min kubmetr və ya 13,1% az olub", - hesabatda qeyd olunur.

Избранный
50
5
apa.az

7Источники