AZ

SOCAR 1000 kub-m qazın faktiki istehsal maya dəyərini açıqladı

2024-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istehsal etdiyi 1 000 kubmetr qazın faktiki istehsal maya dəyəri 80,25 manat təşkil edib.

Bu barədə Banker.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, bu, 2023-cü illə müqayisədə 4,22 manat və ya 5,5 % artıb.

Məlumata görə, SOCAR üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,6 %, yanacaq xərcləri 0,3 %, elektrik enerjisi xərcləri 0,4 %, əmək haqqı xərcləri 13 %, sosial sığortaya ayırmalar 3 %, əsas vəsaitlərin amortizasiyası 17 %, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,4 %, nəqliyyat xərcləri 13,1 %, mühafizə xərcləri 2,3 %, mədən vergisi 16,2 %, digər vergilər 4 %, digər xidmətlər üzrə xərclər 12,2 %, digər xərclər isə 2,4 % təşkil edir.

Bildirilib ki, qazın hasilatına, “Azərkontrakt” SC-dən alışına və idxala çəkilən xərclərlə yanaşı, qazın emalı, saxlanması, nəqli və paylanması xərcləri də nəzərə alınmaqla 2024-cü ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 176,82 manat təşkil edib. A

Qeyd edilib ki, qazın maya dəyərinin artması əsasən keçən ilə nisbətən əmtəəlik qaz hasilatının azalması hesabına baş verib. Keçən ilə nisbətən əmtəəlik qaz hasilatı 700 738 min kubmetr və ya 13,1 % az olub.

Seçilən
15
2
banker.az

7Mənbələr