RU

Füzulidə salınacaq Qaraxanbəyli kəndinin layihəsinin detalları açıqlandı

Prezident İlham Əliyevin təməlini qoyduğu Füzuli rayonunun Qaraxanbəyli kəndi 6 000 nəfərə yaxın əhaliyə hesablanıb.

Adalet.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsində hesabında bildirib.

O qeyd edib ki, gələn il yekunlaşdırılması nəzərdə tutulan 1-ci mərhələdə 87 hektar ərazidə 404 ailənin (1861 nəfərin) köçürülməsi məqsədilə 81 iki, 202 üç, 101 dörd, 20 beşotaqlı olmaqla ümumilikdə 404 fərdi evin inşası planlaşdırılır: "Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz və su xətlərinin çəkilməsi planlaşdırılır".

A. Quliyev vurğulayıb ki, 2027–2030-cu illəri əhatə edəcək 2-ci mərhələ 230 hektara yaxın ərazidə icra olunacaq. Bu mərhələdə 1075 ailənin (4093 nəfərin) köçürülməsi məqəsdilə 771 fərdi evin (iki, üç, dörd və beşotaqlı) və iki-üçmərtəbəli yaşayış binalarının inşası nəzərdə tutulur. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.

Избранный
22
32
adalet.az

10Источники