AZ

Qaraxanbəyli kəndi belə olacaq

Prezident İlham Əliyevin təməlini qoyduğu Füzuli rayonunun Qaraxanbəyli kəndi 6 000 nəfərə yaxın əhaliyə hesablanıb.

Publika.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, gələn il yekunlaşdırılması nəzərdə tutulan 1-ci mərhələdə 87 hektar ərazidə 404 ailənin (1861 nəfərin) köçürülməsi məqsədilə 81 iki, 202 üç, 101 dörd, 20 beşotaqlı olmaqla ümumilikdə 404 fərdi evin inşası planlaşdırılır: "Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz və su xətlərinin çəkilməsi planlaşdırılır".

Seçilən
9
32
publika.az

10Mənbələr