RU

Ukrayna təhlükəsizlik xidməti Azərbaycana buraxılmayan məşhur deputatı AXTARIŞA verdi

ain.az bildirir, Bakupost portalına istinadən.

Ukrayna Təhlükəsizlik Xidməti Dövlət Dumasının deputatı, sabiq boksçu Nikolay Valuyevi axtarışa verib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin bazasında əksini tapıb.

Məlumata görə, Valuyev 2022-ci ildə Xmelnitski vilayəti üzrə SBU xətti ilə beynəlxalq axtarışa çıxarılıb. Ona Ukraynanın ərazi bütövlüyünə qəsd ittihamı üzrə iş açılıb və ağır nəticələrə səbəb olan fəaliyyətinə görə barəsində cinayət işi qaldırılıb.

Valuyevin adı həmçinin Ukraynanın məşhur “Mirotvorets” saytında da yer alır.

Qeyd edək ki, bu ilin fevralında o, anti-Azərbaycan bəyanatlarına görə Azərbaycana da girişdən məhrum edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
1
www.bakupost.az

10Источники