Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Dövlət Dumasının deputatı və keçmiş boksçu Nikolay Valuyevi axtarışa verib.Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Valuyev 2022-ci ildə Xmelnitski vilayətinin təhlükəsizlik xidməti tərəfindən axtarışa verilmişdi. Ona “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə qiyabi ittiham irəli sürülüb.