RU

Emanuel Emeqa “Çelsi” ilə müqavilə bağladı

Fransanın “Strasburq” klubunun niderlandlı hücumçusu Emanuel Emeqa bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Çelsi” bu transferin detallarını açıqlamayıb. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb. 22 yaşlı niderlandlı futbolçunun London klubuna 2026-cı ildə qoşulacağı bildirilib. O, cari mövsümün sonunadək “Strasburq”da forma geyinməyə davam edəcək.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Çelsi” ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

Əslən Nigeriyadan olan Emanuel Emeqa Rotterdam “Sparta”sının yetirməsidir. Niderlandlı futbolçu 2022-ci ilin əvvəlində 2 milyon avro müqabilində Belçikanın “Anderlext” klubuna keçib. “Anderlext” Emeqanı elə həmin ilin yayında 3,24 milyon avro qarşılığında Avstriyanın “Şturm Qras” klubuna satıb. “Strasburq” hücumçunu 2023-cü ilin yayında 13 milyon avro müqabilində transfer etmişdi. O, Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 64 oyunda 26 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Emeqanın “Strasburq”la 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Emeqa Niderlandın U-15, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Избранный
18
13
arena.az

10Источники