RU

Roberto Qalyardini “Verona” ilə müqavilə bağladı

Futbol üzrə İtaliya yığma komandasının keçmiş yarımmüdafiəçisi Roberto Qalyardini bundan sonra “Verona”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu ilin iyul ayında “Montsa”dan ayrıldıqdan sonra azad agent olan 31 yaşlı futbolçu Verona klubu ilə 1 illik müqavilə imzalayıb.

Qalyardini ötən mövsümün böyük hissəsini sağlamlıq problemləri səbəbindən buraxıb. O, A Seriyasında cəmi 8 matçda iştirak edib. Robertonun yeni komandasında da tam sağaldıqdan sonra forma geyinməsi gözlənilir.

Roberto Qalyardini “Atalanta”nın yetirməsidir. Mərkəz yarımmüdafiəçisi karyerası ərzində “Çezena”, “Spetsiya”, “Viçentsa”, “İnter” kimi klubların da formasını geyinib. Karyerasının böyük hissəsini Milan təmsilçisində keçirmiş (190 oyun, 16 qol, 9 assist) italiyalı futbolçu 2023-cü ildə müqavilə bağladığı “Montsa”nın heyətində bütövlükdə 42 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.

İtaliyanın U-20 və U-21 yığmalarında da oynamış Qalyardini 2017-ci ildə debüt etdiyi əsas millinin heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

error: Məzmun qorunur!
Избранный
24
4
arena.az

10Источники