AZ

Rafiq Hüseynov karyerasını bitirdi, AGF-də vəzifə aldı

Güləş üzrə Azərbaycan milli komandasının üzvü, Tokio Olimpiadasının bürünc medalçısı Rafiq Hüseynov idmançı karyerasını başa vurub.

Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Hüseynova təşəkkürünü bildirib.

Qeyd edilir ki, Rafiq Hüseynov bundan sonra Azərbaycan Güləş Federasiyasında yunan-Roma güləşi üzrə koordinatoru vəzifəsini yerinə yetirəcək.

Xatırladaq ki, Rafiqin hazırda 37 yaşı var. Veteran güləşçimizin karyerasının xüsusilə də son illəri daha uğurlu alınıb. O, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısıdır.

error: Məzmun qorunur!
Seçilən
0
7
arena.az

10Mənbələr