RU

Turan Manafov Cənubi Afrika klubunda - rəsmi

Turan Manafov Cənubi Afrika Respublikasının “Stellenboş” klubunda çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, 2 nömrəli formanı geyəcək. Manafov klubun mətbuat xidmətinə açıqlamasında təəssüratlarını bölüşüb:
“Stellenboş”a qoşulduğum üçün çox xoşbəxtəm. Klubun ideyaları və prinsipləri məni cəlb etdi. Ən yüksək səviyyədə rəqabət aparan komandada olduğum üçün həyəcanlıyam. Müşahidəmə əsasən deyə bilərəm ki, Cənubi Afrikada oyunlar Azərbaycandakı ilə müqayisədə daha sürətli keçirilir. Baxmayaraq ki, hər iki ölkənin yaxşı liqası var. Özümü sınamağı, çox sayda ulduzların yetişdiyi qitə yarışında oynamağı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Turan U-21 millimizin sabiq üzvüdü. Onun son klubu "Kəpəz" olub.
Избранный
50
12
football-plus.az

10Источники