AZ

Azərbaycanlı futbolçu rəsmən Cənubi Afrika klubunda

Azərbaycanlı futbolçu Turan Manafovun Cənubi Afrika Respublikasının “Stellenboş” klubuna keçidi rəsmiləşib. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, 2 nömrəli formanı geyinəcək.

Manafov klubun mətbuat xidmətinə açıqlamasında təəssüratlarını bölüşüb: “Stellenboş”a qoşulduğum üçün çox xoşbəxtəm. Klubun ideyaları və prinsipləri məni cəlb etdi. Ən yüksək səviyyədə rəqabət aparan komandada olduğum üçün həyəcanlıyam. Müşahidəmə əsasən deyə bilərəm ki, Cənubi Afrikada oyunlar Azərbaycandakı ilə müqayisədə daha sürətli keçirilir. Baxmayaraq ki, hər iki ölkənin yaxşı liqası var. Özümü sınamağı, çox sayda ulduzların yetişdiyi qitə yarışında oynamağı səbirsizliklə gözləyirəm”. Qeyd edək ki, T.Manafov Azərbaycanın U-21 millisinin sabiq üzvüdür. Onun son klubu “Kəpəz” olub.

Seçilən
24
12
sia.az

10Mənbələr