RU

Orban Çarli Kirkin öldürülməsini "nifrət kampaniyasının nəticəsi" adlandırıb

Macarıstanın Baş naziri Viktor Orban amerikalı siyasətçi Çarli Kirkin ölümünü "beynəlxalq nifrət kampaniyasının nəticəsi" adlandırıb.

“İki sahil” xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Çarli Kirkin ölümü solçular tərəfindən başladılan beynəlxalq nifrət kampaniyasının nəticəsidir. Məhz bu, Slovakiyanın Baş naziri Robert Fitsoya, Çexiyanın keçmiş Baş naziri Andrey Babişə və indi də Çarli Kirkə hücuma səbəb oldu. Biz nifrəti dayandırmalıyıq", - o yazıb.

Xatırladaq ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı sui-qəsdə uğrayıb. O, kritik vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin orada ölüb.

Избранный
27
33
ikisahil.az

10Источники