AZ

Çarli Kirkin sui qəsdi ilə bağlı yeni faktlar üzə çıxdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Amerikalı siyasətçi Çarli Kirkə sui-qəsd zamanı istifadə edilən güllələrin üzərində ideoloji ifadələr həkk olunub.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, müstəntiqlər silahın içərisində transgender və antifaşist ideologiyası ilə bağlı məlumatların əks olunduğu patronlar aşkar ediblər.

Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, istintaq prosesi hələ ilkin mərhələdədir.

Xatırladaq ki, sentyabrın 10-da ABŞ-ın Yuta ştatında, fəal universitet şəhərciyində çıxış edən Kirk təxminən 800 metr məsafədən boyun nahiyəsindən güllələnib. ABŞ Prezidenti Donald Tramp sui-qəsd cəhdində təqsirləndirilən şəxsin ölümlə cəzalandırılması barədə fərman imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
7
globalinfo.az

10Mənbələr