RU

Gəncədə səkkizyaşlı qızın faciəli ölümünün təfərrüatı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Gəncədə velosipedlə vurulan səkkizyaşlı qızın ölümünün bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 10-da baş verib.

2017-ci il təvəllüdlü Ayşən Azər qızı Abbasova Gəncə şəhəri Ozan küçəsində küçədə oynayarkən yolu bir istiqamətdən digər istiqamətə qaçaraq keçmək istəyib. Həmin vaxt küçədə velosipedlə hərəkətdə olan 2011-ci il təvəllüdlü Həbib Vüqar oğlu Allahverdiyev döngədən çıxaraq azyaşlıya çırpılıb. Hadisə nəticəsində velosipedin pedalı A.Abbasovanın gözünə batıb.

A.Abbasova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
2
oxu.az

3Источники