AZ

Velosipedin pedalı 8 yaşlı qızın gözünə batdı - Gəncədə faciəli ölüm

Gəncədə velosipedlə vurulan səkkizyaşlı qızın ölümünün bəzi təfərrüatı məlum olub.

Bizim Media xəbər verir ki, hadisə sentyabrın 10-da baş verib.

2017-ci il təvəllüdlü Ayşən Azər qızı Abbasova Gəncə şəhəri Ozan küçəsində küçədə oynayarkən yolu bir istiqamətdən digər istiqamətə qaçaraq keçmək istəyib. Həmin vaxt küçədə velosipedlə hərəkətdə olan 2011-ci il təvəllüdlü Həbib Vüqar oğlu Allahverdiyev döngədən çıxaraq azyaşlıya çırpılıb. Hadisə nəticəsində velosipedin pedalı A.Abbasovanın gözünə batıb.

A.Abbasova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bizim Media

Seçilən
32
2
bizim.media

3Mənbələr