RU

Onana yenə gündəmdə: Bu dəfə azarkeşi… – VİDEO

Kamerun milli komandasının məşhur qapıçısı Andre Onana 2026-cı il dünya çempionatı seçmə oyunundan sonra azarkeşlə qarşıdurmaya girib.

Publika.az xəbər verir ki, Kamerun səfərdə Kabo-Verdeyə 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyət Onana və komandası üçün 2026-cı il dünya çempionatına çıxmaq şansını təhlükəyə atıb.

Matçdan sonra qapıçı heç də xoş olmayaan əhval-ruhiyyə ilə meydanı tərk edərkən bir qrup azarkeş meydana daxil olub. Onana bir azarkeşi kifayət qədər aqressiv şəkildə itələyib, cavab olaraq isə fanat qapıçının üzərinə su şüşəsi atıb.

Qeyd edək ki, Onana hazırda “Mançester Yunayted”dən Türkiyənin “Trabzonspor” klubuna icarə əsasında keçməyə yaxındır.

Избранный
122
22
publika.az

10Источники