AZ

Onana “Trabzonspor”la razılaşdı


İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı Andre Onana “Trabzonspor”a keçməyə razılıq verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Onana artıq Türkiyə klubu ilə müqavilənin şəxsi şərtlərini razılaşdırıb. O, həmçinin, “Trabzonspor”la müqavilə imzalayıb.
İndi “Trabzonspor”dan əks razılıq gözlənilir. Əgər ümumi razılıq əldə edilsə, kamerunlu bu həftə Türkiyəyə gələcək.
Digər tərəfdən, Fabritsio Romano Onananın “Trabzonspor”da “Mançester Yunayted”dən daha çox qazanacağını bildirib.  
Onun sözlərinə görə, türk klubu kamerunluya “Mançester Yunayted”lə eyni maaş, həmçinin əlavə bonuslar verəcək.
Bundan əlavə, Onana transfer başa çatdıqdan sonra imza bonusu alacaq. Transfer bu həftə rəsmən açıqlanacaq.  
Qeyd edək ki, ötən mövsüm 29 yaşlı Onana bütün yarışlarda 50 oyun keçirib, 11 oyunda qapını toxunulmaz saxlayıb.
Onun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.
“Transfermarkt” portalına görə, Onananın transfer qiyməti 25 milyon avrodur.
Seçilən
12
yeniavaz.com

1Mənbələr