RU

Sumqayıt Sənaye Parkının rezidenti Gürcüstana məhsul ixracına başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti “Sika” MMC ilk dəfə olaraq Gürcüstana müxtəlif növ tikinti məhsullarının ixracına başlayıb.

İZİA-dan bildiriblər ki, şirkət tərəfindən bu ölkəyə ilkin mərhələdə 100 tondan çox məhsul göndərilib.

Qeyd edək ki, “Sika” MMC 2016-ci ildə Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İsveçrə kapitallı şirkətin investisiya həcmi 10,3 milyon manat təşkil edir. Müəssisədə 70 nəfərə yaxın daimi iş yeri yaradılıb.

2018-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla “Sika” MMC tərəfindən 80 milyon manatlıq məhsul satışı həyata keçirilib.

MənbəAZƏRTAC
Избранный
4
8
banker.az

9Источники