Bakı, 10 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti “Sika” MMC ilk dəfə olaraq Gürcüstana müxtəlif növ tikinti məhsullarının ixracına başlayıb.
İZİA-dan AZƏRTAC-a bildiriblər ki, şirkət tərəfindən bu ölkəyə ilkin mərhələdə 100 tondan çox məhsul göndərilib.
Qeyd edək ki, “Sika” MMC 2016-ci ildə Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İsveçrə kapitallı şirkətin investisiya həcmi 10,3 milyon manat təşkil edir. Müəssisədə 70 nəfərə yaxın daimi iş yeri yaradılıb.
2018-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla “Sika” MMC tərəfindən 80 milyon manatlıq məhsul satışı həyata keçirilib.