AZ

Azərbaycan şirkəti ilk dəfə Gürcüstana tikinti məhsullarının ixracına başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti “Sika” MMC ilk dəfə olaraq Gürcüstana müxtəlif növ tikinti məhsullarının ixracına başlayıb. Şirkət tərəfindən bu ölkəyə ilkin mərhələdə 100 tondan çox məhsul göndərilib.

Qeyd edək ki, “Sika” MMC 2016-ci ildə Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İsveçrə kapitallı şirkətin investisiya həcmi 10,3 milyon manat təşkil edir. Müəssisədə 70 nəfərə yaxın daimi iş yeri yaradılıb.

2018-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla “Sika” MMC tərəfindən 80 milyon manatlıq məhsul satışı həyata keçirilib.

 

İqtisadiyyat Nazirliyi İqtisadi Zonaların İnkişafı Agentliyi İZİA Sumqayıt Sənaye Parkı Sika MMC Gürcüstana ixrac tikinti məhsulları İsveçrə kapitalı investisiya həcmi 103 milyon manat daimi iş yerləri 70 işçi məhsul satışı Azərbaycan ixracı sənaye parkı rezidenti tikinti sənayesi regional ixrac Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı.
Seçilən
5
8
marja.az

9Mənbələr