ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt Sənaye Parkının rezidenti "Sika" MMC ilk dəfə Gürcüstana 100 ton həcmdə müxtəlif növ tikinti məhsullarının ixracına başlayıb.
525.az bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Məlumata görə, şirkət 2016-ci ildə Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İsveçrə kapitallı şirkətin investisiya həcmi 10,3 milyon manat təşkil edir. Müəssisədə 70 nəfərə yaxın daimi iş yeri yaradılıb. 2018-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla şirkət tərəfindən 80 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.