RU

Ukrayna səfiri: Orta Dəhliz və “Yaşıl Enerji Dəhlizi” Rusiya marşrutlarını üstələyir

Orta Dəhliz və Xəzər–Qara Dəniz “Yaşıl Enerji Dəhlizi” kimi strateji layihələr regionda davamlı iqtisadi inteqrasiyanı gücləndirir və Rusiya marşrutlarına alternativ kimi üstünlük qazanır. Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuriy Gusev bildirib.

Səfirin sözlərinə görə, bu təşəbbüslər iqtisadi dayanıqlığın artırılması baxımından mühüm alət rolunu oynayır və çatdırılma müddəti və nəqliyyat xərcləri üzrə artıq Rusiya marşrutlarını geridə qoyub.

“Qara və Xəzər dənizləri bu gün aqressiv nəzarət zonasını region ölkələrinin formalaşdırdığı inkişaf və təhlükəsizlik əməkdaşlığı sərhədinə çevirib”, – Gusev bildirib.

Orta Dəhliz və “Yaşıl Enerji Dəhlizi” Avropa ilə Asiya arasında alternativ ticarət və enerji axınları üçün əsas infrastruktur rolunu oynayır.

Aytac Zeynalova

Избранный
23
50
anews.az

10Источники