AZ

Avrasiya Sosial İnkişaf Tədqiqatları İnstitutunun direktoru: Çin Orta Dəhlizin fəaliyyətində maraqlıdır

Bakı, 9 sentyabr, AZƏRTAC

Çin Orta Dəhlizin fəaliyyətində maraqlıdır, həmçinin onun tikintisində də iştirak etməyə hazırdır. Əməkdaşlıq, qarşılıqlı qazanc əsasında böyük layihələr həyata keçirə bilərik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Avrasiya inteqrasiyasının gücləndirilməsi: “Kəmər və Yol” Təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər təşəbbüslər” mövzusunda keçirilən iclasında Çinin Avrasiya Sosial İnkişaf Tədqiqatları İnstitutunun direktoru Li Yongquan deyib.

O, həmçinin qeyd edib ki, "Kəmər və Yol" təşəbbüsünün icrası Avrasiya qitəsində qarşılıqlı nəqliyyat əlaqəsinin səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

Seçilən
44
50
azertag.az

10Mənbələr