RU

Sərdar Fərəcovun son durumu açıqlanıb

Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb.

TƏBİB-dən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən günlə müqayisədə sənətçinin səhhətində dəyişiklik yoxdur.

"Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Huşu aydın, hemodinamik göstəriciləri stabildir".

Qeyd edək ki, S.Fərəcov 06.09.2025-ci il tarixində saat 15:10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.

Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub. 

Billurə Yunus

Избранный
21
6
olke.az

10Источники