Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bəstəkarın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
MÖVZU İLƏ BAĞLI:
Sərdar Fərəcov xəstəxanaya yerləşdirildi
“Xalq artisti Sərdar Fərəcov 06.09.2025-ci il tarixində saat 15:10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.
Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Huşu aydın, hemodinamik göstəriciləri stabildir” , - deyə məlumatda qeyd edilib.
Günay Şahmar, Bizim.Media