AZ

Xalq artistinin son durumu açıqlandı

Xalq artisti Sərdar Fərəcova kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub.

Ölkə.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda xalq artistinin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Huşu aydın, hemodinamik göstəriciləri stabildir.

Qeyd edək ki, sentyabrın 5-i səhhəti qəfil pisləşən Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Seçilən
23
25
olke.az

10Mənbələr