Fransanın yeni baş naziri ölkənin Müdafiə Naziri Sebastyen Lekornu seçilib.
Editor.az xəbər verir ki, bu barədə məlumatı LCI telekanalı yayıb.
39 yaşlı Lekornu 2022-ci ildən Fransanın Müdafiə Nazirliyinə rəhbərlik edib. Onun əvvəlki vəzifələri arasında Fransanın xarici torpaqları naziri, yerli özünüidarəetmə üzrə məsul nazir və ekoloji islahatlar üzrə nazirin katibi vəzifələri olub.
9 sentyabr tarixində Fransa baş naziri Fransua Bayru istefa verərək Parisdəki Yelisey Sarayına gedib və ərizəsini prezident Emmanuel Makron-a təqdim edib.
//Samir Qurbanov, Editor.az