AZ

Fransanın yeni baş naziri Sebastyen Lekornu oldu

Fransanın yeni baş naziri ölkənin Müdafiə Naziri Sebastyen Lekornu seçilib.

Editor.az xəbər verir ki, bu barədə məlumatı LCI telekanalı yayıb.

39 yaşlı Lekornu 2022-ci ildən Fransanın Müdafiə Nazirliyinə rəhbərlik edib. Onun əvvəlki vəzifələri arasında Fransanın xarici torpaqları naziri, yerli özünüidarəetmə üzrə məsul nazir və ekoloji islahatlar üzrə nazirin katibi vəzifələri olub.

9 sentyabr tarixində Fransa baş naziri Fransua Bayru istefa verərək Parisdəki Yelisey Sarayına gedib və ərizəsini prezident Emmanuel Makron-a təqdim edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr