RU

İran və Hindistan dəhliz üçün hərəkətə keçdi

BAKI, 9 sentyabr. TELEQRAF

“The Economic Times” nəşrində Hindistanla Ermənistan arasında İran üzərindən nəqliyyat əlaqələrinin yaradılması məsələsinin üçtərəfli görüş çərçivəsində müzakirə olunacağı barədə yayımlanan xəbərə diqqət yetirmək lazım gəlir”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu, yeni layihə deyil, haqqında illərdir müzakirələr gedir:

“Məsələ budur ki, İranla Ermənistan arasında mövcud nəqliyyat xətləri yükdaşımalarının artırılmasına imkan vermir. Bura İranda ağır iqtisadi vəziyyəti, İranla Ermənistan arasında dəmir yolunun mövcud olmaması, Tehrana qarşı Qərbin sərt sanksiyaları və müharibə risklərini də əlavə etmək lazımdır.

Buna baxmayaraq, üç ölkə arasında müzakirələr davam edir. Hindistan və İran Xarici İşlər Nazirlikləri səviyyəsində Tehranda məsləhətləşmələr aparılacağı bildirilib. Görüşlərin əsas məqsədi ikitərəfli münasibətləri möhkəmləndirməkdir. Danışıqlarda İranın Çabahar limanının aktivləşdirilməsi və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi müzakirə mövzusu olacaq. Hindistan–İran ikitərəfli görüşündən sonra Hindistan–İran–Ermənistan üçtərəfli dialoqu keçiriləcək. Bu görüşün məqsədi Hindistan və Ermənistan arasında İran üzərindən nəqliyyat əlaqələrinin qurulmasıdır.

Bu arada Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Dovalla İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibiƏli Laricani arasında telefon danışığı olub. Tərəflər ticarət, təhlükəsizlik, regional əlaqələrin gücləndirilməsi və Çabahar limanı mövzularını müzakirə ediblər. Cabahar hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu, İranın Hind okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan bu liman vasitəsilə Rusiya və Avropa bazarlarına çıxış imkanı əldə etmək istəyir. Keçən il Hindistanla İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanmışdı. Saziş əsasında limanın idarəçiliyi Hindistana verilib”.

Elxan Şahinoğlu qeyd edib ki, Doval Laricani ilə telefon danışığında Çabaharı Şimal-Cənub dəhlizində aparıcı rol oynayacağı, regional ticarət və Hindistanın Əfqanıstan və Mərkəzi Asiyaya çıxışı üçün həyati kommunikasiya kimi səciyyələndirilib:

“Əslində, bu deyilənlər Azərbaycana da aiddir. Çünki Çabahar limanı həm də Şimal-Cənub dəhlizi ilə daşınacaq yüklər üçün nəzərdə tutulub. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahara oradan isə Hindistanın Mumbay limanına çatdırılmalıdır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdırılacaq. Ancaq bunun üçün Rəşt-Astara dəmir yolu tikilməlidir. Rusiya dəmir yolunun tikintisi üçün kredit verməyə hazır olduğunu bildirsə də, tikintiyə hələ başlanılmayıb”.

Избранный
57
50
teleqraf.com

10Источники