AZ

Ermənistan anti türk mövqeyini dəyişir? Bakı və Ankaranın xeyrinə gediş...

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ermənistanın baş naziri Nikol Paşinyan və parlamentin sədri Alen Simonyan mütəmadi olaraq sülhün vacibliyindən, Azərbaycanla tərəfdaşlığın əhəmiyyətindən danışırlar. Bu, reallıqdır. Yəni sülh müqaviləsi imzalanandan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri tədricən normallaşmağa başlayacaq".

Bu sözləri Müsavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edir ki, Simonyan irəli gedərək hətta Azərbaycanla ticarət aparılacağını, Ermənistanın Azərbaycandan yanacaq alacağını deyir:

"Bu da mümkündür. Əgər münasibətlər normallaşarsa, Ermənistanın Rusiyadan qaz almağa ehtiyacı olmayacaq, Azərbaycan da Ermənistana qaz sata bilər. Amma əlbəttə ki, Zəngəzur dəhlizi açılmalı, sülh müqaviləsi imzalanmalıdır. Bunlar önəmli şərtlərdir.

Azərbaycan və Türkiyənin də faydasına olar ki, Ermənistan daha çox Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlıq etsin, bizdən asılılığı artsın, nəinki Rusiya və İran kimi dövlətlərdən".

Elxan Şahinoğlu bildirir ki, bu, həm də Azərbaycan və Türkiyənin xeyrinədir ki, Ermənistanda anti-türk mövqeyi zəifləsin:

"Həmçinin əməkdaşlığın əhəmiyyətini Ermənistan rəsmiləri ilə yanaşı, erməni cəmiyyəti də anlasın.

Doğrudur, radikallar bunu çətin anlayarlar. Daşnaksütyun kimi bir partiya, kilsə hər zaman uzun illər anti-türk mövqeyindən çıxış edəcək. Amma əgər erməni cəmiyyəti Azərbaycan və Türkiyə ilə əməkdaşlığın faydasını reallıqda gördükdən sonra, inanmıram ki, radikalların və ya anti-türk mövqeyində olan kilsənin yanında olsun.

Buna baxmayaraq, Paşinyan bir qədər tələsməlidir. Çünki nə qədər ki, reytinqi var, sülh müqaviləsinin imzalanmasını sürətləndirməlidir, əlbəttə ki, bunun üçün də parlament seçkiləri keçirilməlidir. Çünki radikallar da boş dayanmır, Moskva da onlara dəstək verir. Moskvanın dəstəyi ilə ümumi işi pozmağa çalışırlar, Paşinyanı devirməyə çalışırlar. Azərbaycan və Türkiyə üçün də faydalı olar ki, Paşinyan nə vaxtsa hakimiyyətdə olmasa, hansısa onun davamçısı bu siyasəti irəli aparsın. Bu rola, məsələn, Alen Simonyan da iddialı ola bilər. Çünki o, erməni siyasətçiləri arasında reallığı anlayan şəxslərdən biridir. Elə bugünkü açıqlamasında da açıq deyib ki, ermənilər azərbaycanlıları da öldürüblər. Qətliamlar haqqında fikir söyləmir, amma ermənilərə reallığı anlatmağa çalışır ki, ermənilər azərbaycanlılara qarşı çox böyük pisliklər ediblər.

Bu baxımdan, Paşinyan və Alen Simonyan söylədiklərini reallaşdırmağa çalışmalıdırlar ki, bölgədə sülh quruculuğu sürətlənsin".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
www.bakupost.az

2Mənbələr