Egey dənizinin Yunanıstan sahillərində 5,2 maqnitudada zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələ UTC vaxtı ilə saat 21.27-də (Bakı vaxtı ilə saat 01:27) təxminən 664 min nəfərin yaşadığı Afinadan 37 kilometr şimal-şərqdə və təxminən 15 min nəfər əhalisi olan Nea-Makri şəhərindən 14 kilometr şimal-şərqdə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Qurbanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
"Cebheinfo.az"