AZ

Yunanıstan sahillərində 5,2 maqnitudada zəlzələ olub

Egey dənizinin Yunanıstan sahillərində 5,2 maqnitudada zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələ UTC vaxtı ilə saat 21.27-də (Bakı vaxtı ilə saat 01:27) təxminən 664 min nəfərin yaşadığı Afinadan 37 kilometr şimal-şərqdə və təxminən 15 min nəfər əhalisi olan Nea-Makri şəhərindən 14 kilometr şimal-şərqdə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Qurbanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

ZəlzələYunanıstanMaqnituda

 

Seçilən
3
4
ikisahil.az

6Mənbələr