Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, hadisə səhər saatlarında Xəzər rayonu ərazisində qeydə alınıb.
Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 20 nəfərə yaxın xəsarət alan var.
TƏBİB-dən verilən məlumata görə, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-i saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Fatkla bağlı araşdırma aparılır.