AZ

Mikroavtobus qəzasında yaralananlar- KİMLƏRDİR? - YENİLƏNİB

Qəzaya uğrayan mikroavtobusun istixanada çalışan qadınları daşıdığı və xəsarət alanların da həmin şəxslər olması məlum olub.

***

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-də saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Redaktor.az-a TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

“Hyundai” markalı, 99-XM-330 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Mercedes” markalı, 10-XE-462 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə 10-dan çox adam xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır.

 

Seçilən
27
6
redaktor.az

10Mənbələr