TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
***
Bakı şəhər DYP İdarəsindən bildirilib ki, bu gün səhər saat 06:00 radələrində paytaxtın Xəzər rayonu Qala-Pirallahı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
“Hyundai” markalı, 99-XM-330 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Mercedes” markalı, 10-XE-462 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır.
***
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. AFN.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox adam xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.