RU

Ağcabədidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil, VAZ-21011 markalı maşınla toqquşub.

Qəza zamanı VAZ-da olan sərnişin - 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü - 1965-ci il təvəllüdlü Filman Xuduyev müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Избранный
6
8
far.az

10Источники