AZ

Ağcabədidə ağır yol qəzası baş verib (FOTO)

Ajans.az hadisə Hindarx–Borsunlu avtomobil yolunun Poladlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı, 10 GK 042 dövlət nömrə nişanlı avtomobil ilə “VAZ-21011” markalı, 60 BD 542 dövlət nömrə nişanlı avtomobil toqquşub.  Qəza nəticəsində “VAZ”da olan 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü, 1965-ci il təvəllüdlü Filman Xuduyev ağır xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
4
Ajans.az

10Mənbələr