ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var.
"Ölkə.az" oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Poladlı kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil, VAZ-21011 markalı maşınla toqquşub.
Qəza zamanı VAZ-da olan sərnişin - 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü - 1965-ci il təvəllüdlü Filman Xuduyev müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.