RU

Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycanın hava məkanından keçib

Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Bakının icazəsilə Azərbaycanın hava məkanından keçib.Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

O bildirib ki, təyyarə 30 avqustda Azərbaycan üzərindən uçub, sonra isə 6 sentyabr gecəsi geriyə qayıdıb və bunun üçün Bakıya müvafiq icazə sorğusu göndərilib.

“Biz müsbət cavab aldıq. Bu hadisəni regionda kommunikasiya blokadalarının açılması, sülh gündəminin irəliləməsi və qarşılıqlı etimad atmosferinin formalaşması istiqamətində praktik bir addım kimi qiymətləndiririk”, - o əlavə edib.

Избранный
5
9
anews.az

10Источники