Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Azərbaycan hava məkanından keçib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.
Onun sözlərinə görə, bu, Bakının icazəsi ilə baş tutub. N.Baqdasaryan bildirib ki, təyyarə 30 avqustda Azərbaycan üzərindən uçub, sonra isə 6 sentyabr gecəsi geriyə qayıdıb və bunun üçün Bakıya müvafiq icazə sorğusu göndərilib.
“Biz müsbət cavab aldıq. Bu hadisəni regionda kommunikasiya blokadalarının açılması, sülh gündəminin irəliləməsi və qarşılıqlı etimad atmosferinin formalaşması istiqamətində praktik bir addım kimi qiymətləndiririk”, - o əlavə edib.