RU

Zəngəzur Dəhlizi üzərindən keçəcək ərazidə yeni stasionar çəki stansiyası istifadəyə veriləcək

2026-cı ildə Ermənistanın Sünik vilayətində(Ermənistanın cənub hissəsində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə) ağır və iri ölçülü olmayan nəqliyyat vasitələri üçün yeni stasionar çəki stansiyası istifadəyə veriləcək.

Avtosfer.az Ermənistan məbuatına istinadən xəbər verir ki, layihənin təşəbbüskarları Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanı ilə "Yol Departamenti" fondu olub.

Yeni stansiya M-2 beynəlxalq avtomobil yolunun 198+000 – 199+000 km hissəsində yerləşəcək. Tikinti işlərinə yalnız memarlıq-tikinti layihəsi təsdiqləndikdən sonra başlanacaq.

Beynəlxalq standartlara uyğun müasir mebel və texniki avadanlıqlarla təmin olunacaq stansiyanın 2026-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Избранный
17
7
avtosfer.az

10Источники