AZ

Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə çəki stansiyası yaradılacaq

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

2026-cı ildə Sünikdə (Ermənistanın cənub hissəsində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə) ağır yük və böyük ölçülü olmayan nəqliyyat vasitələri üçün yeni stasionar çəki stansiyası yaradılacaq.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, layihənin təşəbbüskarları ölkənin Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanı və "Yol Departamenti" fondu olub.

Söhbət Sünik vilayətində M-2 beynəlxalq avtomobil yolunun 198+000 - 199+000 km hissəsində çəki stansiyasının tikintisindən gedir. Tikinti işlərinə memarlıq-tikinti layihəsi təsdiqləndikdən sonra başlanılacaq.

Beynəlxalq standartlara uyğun mebel və texniki vasitələrlə təchiz ediləcək yeni stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
8
bakivaxti.az

10Mənbələr