RU

Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqının (Aİ) yeni səfiri Azərbaycana gəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən APA-ya məlumat verilib.
Səfir Marijana Kujundziç bu gün Bakıya gəlib.
Qeyd edək ki, diplomat bu təyinatdan öncə Avropa İttifaqının Brüsseldə Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) Xorvatiyanın nümayəndəsi olub. O, əvvəllər Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində və Xorvatiyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Избранный
81
12
oxu.az

10Источники