Avropa İttifaqının (Aİ) Azərbaycana yeni təyin olunmuş səfiri Marijana Kujundjiç Bakıya gəlib.
Senzor.az bildirir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən KİV-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd edək ki, diplomat bu təyinatdan öncə Avropa İttifaqının Brüsseldə Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) Xorvatiyanın nümayəndəsi olub. O, əvvəllər Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində və Xorvatiyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.