RU

Bakıda yaşayış binasında yanğın: 12 nəfər təxliyə edildi - Video

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onikimərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m olan üçotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 18 kv.m sahədə yanıb. Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib, üçü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub.

Избранный
6
32
sitat.info

10Источники